Ürəyimə yazılmısan, möcüzə bir əsər kimi.
Elə əzizlərəm, özümdə gizlərəm
Səni xəzinələr kimi.
Neçə vaxt da keçsə belə,
Neçə illər ötəsə belə,
Elə bil ki, indidir.
Yenə də əllərin,
Yenə nəfəslərin,
Qəribə qeyri-adidir.
Bu gün doğuldu eşqimiz,
Bu təqvim ilə biz gör neçə yaşdayıq.
Yadımda imzamız, quruldu dünyamız,
Bu gündən eşqi başladı.
Hələ ömrümüzün qarşıda xoş günləri var,
Hələ dünyamızın görmədiyi illəri var.
Sözümüzdə qalmışıq,
Kaş görək qocalmışıq
Sevgimizlə bərabər.
Hələ dönməliyik bir-birinin biz başına,
Hələ qaçmalıyıq eşqimizin yüz yaşına.
Bir gün ayrı qalmadıq,
Heç vəfasız olmadıq,
Buna sevgi deyərlər.
Bu gün doğuldu eşqimiz,
Bu təqvimlə biz, gör neçə yaşdayıq.
Yadımda imzamız, quruldu dünyamız,
Bu gündən eşqi başladı.